ArazNews
Ana Səhifə / Bölgə / İsrailli müdafiə rəsmisi: İsrail ABŞ-ın vasitəçiliyi ilə husilərə qarşı Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları ötürür
Bölgə

İsrailli müdafiə rəsmisi: İsrail ABŞ-ın vasitəçiliyi ilə husilərə qarşı Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları ötürür

İsrailli müdafiə rəsmisi: İsrail ABŞ-ın vasitəçiliyi ilə husilərə qarşı Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları ötürür

İsrail ordusunun kəşfiyyat bölməsi ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanının İslam Respublikasının dəstəklədiyi husilərə qarşı hərbi əməliyyatlarına kəşfiyyat dəstəyi göstərir. İsrailli müdafiə rəsmisi oktyabrın 22-də, cümə axşamı, Ər-Riyada xüsusi kəşfiyyat məlumatlarının göndərildiyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq İsrailin maraqları əsasında və ölkənin siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilir.

Səudiyyə Ərəbistanı husilərin hərbi potensialını və infrastrukturunu zəiflətmək məqsədilə Yəməndə bu qrupun nəzarətində olan ərazilərdəki hədəflərə geniş miqyaslı zərbələr endirir. İsrailli rəsmi bu vəziyyəti «İsrailin maraqlarına tam uyğun» adlandırıb. Onun sözlərinə görə, bu zərbələr gələcəkdə İsrailə zərər vurmağı planlaşdıran qrupun hərbi potensialını tükəndirir.

O, həmçinin Səudiyyə Ərəbistanına təzyiqin regional ittifaqları və münasibətləri dəyişdirdiyini, digər ölkələrin də Ər-Riyadı dəstəkləmək üçün meydana atılmasının mümkün olduğunu deyib.