bazar, 22 noyabr 2026
İran

Xam südün bahalaşması barədə qərardan bir gün sonra: Tehranda butulka südü 20 min tümən bahalaşaraq 180 min tümənə çatıb

Xam südün bahalaşması barədə qərardan bir gün sonra: Tehranda butulka südü 20 min tümən bahalaşaraq 180 min tümənə çatıb

Tehran mağazalarında bəzi 900 qramlıq butulka südlərinin qiyməti bir gün ərzində 20 min tümənədək artaraq 180 min tümənə çatıb. 12,5 faizədək olan bu kəskin artım Kənd Təsərrüfatı Cihadı Nazirliyinin Bazarın Tənzimlənməsi üzrə İşçi Qrupunun xam südün qiymətinin artırılması barədə qərarından bir gün sonra qeydə alınıb.

Bu qərarla fermada 1 kiloqram xam südün qiyməti 60 min 500 tüməndən 68 min tümənə yüksəlib. Lakin süd məhsullarının bahalaşması daha əvvəl başlamışdı. 14 abanda (5 noyabr) aparılan yerində araşdırma göstərib ki, 900 qramlıq paketdə satılan az yağlı südün qiyməti şəhrivər ayındakı 84 min tüməndən 143 min tümənə qalxıb. Bu, iki ay ərzində təxminən 70 faiz artım deməkdir.

Süd Məhsulları İttifaqının sədrinin sözlərinə görə, adambaşına süd məhsulları istehlakı da 1389-cu ildəki (2010) 130 kiloqramdan təxminən 50 kiloqrama düşüb. Dünya standartı isə ildə 180 kiloqramdır.

Bu xəbəri paylaşın