ArazNews
Ana Səhifə / Dünya / ABŞ Netanyahu barədə həbs orderi çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
Dünya

ABŞ Netanyahu barədə həbs orderi çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

ABŞ Netanyahu barədə həbs orderi çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Donald Trampın administrasiyası cümə günü, oktyabrın 9-da Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi Haaqada yerləşən bu qurumu sanksiya siyahısına daxil edib.

ABŞ dövlət katibi Marko Rubio bu addımın məqsədinin məhkəmənin maliyyə mənbələrini kəsmək və fəaliyyət imkanlarını məhdudlaşdırmaq olduğunu bildirib. O, qurumun ABŞ vətəndaşlarını təqib etmək səlahiyyətini rədd edərək deyib ki, məhkəmə öz «təhdidlərinə» son qoymalıdır, əks halda ABŞ onun fəaliyyətinə son qoymaq üçün addım atacaq.

Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü il noyabrın 21-də Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə İsrailin baş naziri Benyamin Netanyahu və bu ölkənin sabiq müdafiə naziri Yoav Qalant barədə həbs orderi çıxarmışdı. Vaşinqton dəfələrlə bu qərarlara etiraz edib.

Məhkəmənin prokuror müavini Nüzhət Şamim Xan sanksiyaları qanunun aliliyini və məhkəmə müstəqilliyini zəiflətmək cəhdi kimi qiymətləndirib, qurumun araşdırmalarının və təqiblərinin davam edəcəyini vurğulayıb.