ArazNews
Ana Səhifə / İran / İslam Respublikasının Kəşfiyyat Nazirliyi Sircanda 31 nəfərin həbs edildiyini açıqlayıb
İran

İslam Respublikasının Kəşfiyyat Nazirliyi Sircanda 31 nəfərin həbs edildiyini açıqlayıb

İslam Respublikasının Kəşfiyyat Nazirliyi Sircanda 31 nəfərin həbs edildiyini açıqlayıb

İslam Respublikasının Kəşfiyyat Nazirliyi Kirman ostanının Sircan şəhərində 31 nəfərdən ibarət dörd şəbəkəni aşkar edərək həbs etdiyini açıqlayıb. Təhlükəsizlik qurumu saxlanılanları «liderlər, əlaqəli şəxslər və təxribatçılar» kimi təqdim edib və onları ABŞ və İsraillə əlaqədə ittiham edib.

Açıqlamada bildirilir ki, bu şəbəkələrin üzvləri ümumölkə miqyaslı çağırışlarda iştirak etmək üçün təşkilatlanıb, «Molotov kokteyli» və şəhər kameralarını sıradan çıxarmaq üçün vasitələr hazırlayıblar. Kəşfiyyat Nazirliyi həmçinin iddia edib ki, bu şəxslərin bir qismi 1404-cü il dey ayındakı (2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı) etirazlarda fərmandarlıq binasının yandırılmasında, bankların və dövlət idarələrinin dağıdılmasında, eləcə də polis məntəqəsinə hücumda iştirak edib.

Açıqlamada saxlanılanların adları, şəxsi məlumatları və hüquqi vəziyyəti barədə məlumat verilməyib və irəli sürülən təfərrüatlar hələlik yalnız Kəşfiyyat Nazirliyinin iddialarına əsaslanır.