ArazNews
Ana Səhifə / İran / Pezeşkian: İran davamlı sülhə gətirib çıxaracaq danışıqları rədd etmir
İran

Pezeşkian: İran davamlı sülhə gətirib çıxaracaq danışıqları rədd etmir

Pezeşkian: İran davamlı sülhə gətirib çıxaracaq danışıqları rədd etmir

İran prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, Tehran «təhlükəsizlik və davamlı sülhə» gətirib çıxaracaq istənilən danışıqları alqışlayır və vurğulayıb ki, İran müharibə istəmir.

Pezeşkian parlamentin fəaliyyəti ilə bağlı bir iclasda deyib: «Təhlükəsizlik və davamlı sülhə gətirib çıxaracaq istənilən danışıqları alqışlayırıq və bu yolda söz birliyinə ehtiyacımız var».

O, eyni zamanda bildirib ki, İslam Respublikası «güc və qorxutma siyasəti» adlandırdığı yanaşma qarşısında geri çəkilməyəcək və əlavə edib ki, sülh təklifi ehtiyatla araşdırılmalıdır, çünki onun sözlərinə görə, danışıqlardan təzyiq vasitəsi kimi istifadə edilə bilər.

Pezeşkian həmçinin müharibə və münaqişəni İran xalqı və dünyanın digər ölkələrinin xalqları üçün zərərli adlandırıb.