ArazNews
Ana Səhifə / Dünya / CNN: Tramp husilərə hücum variantlarını nəzərdən keçirir
Dünya

CNN: Tramp husilərə hücum variantlarını nəzərdən keçirir

CNN: Tramp husilərə hücum variantlarını nəzərdən keçirir

Amerika media qurumları xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Yəmən husilərinə mümkün hücumla bağlı hərbi variantları nəzərdən keçirir.

CNN-in məlumatına görə, Tramp Kemp-Devid görüşündə Yəməndə husilərin mövqelərinə hava zərbələri endirilməsi ilə bağlı variantları müzakirə edib. Habelə bölgənin bir sıra ölkələrində ABŞ səfirliklərinin təhlükəsizlik xəbərdarlıqları yaydığı barədə məlumatlar dərc olunub.

Bu proses husilərin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarını gücləndirməsindən, eləcə də Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqların artmasından sonra baş verir. Səudiyyə Ərəbistanı cümə günü Riyada atılan ballistik raketin qarşısını aldığını açıqlayıb.

Hazırda Ağ Ev husilərə qarşı hərbi zərbə endirilməsi barədə yekun qərar açıqlamayıb.