ArazNews
Ana Səhifə / Dünya / Azərbaycanlı bacılar İsveç parlamentlərində
Dünya

Azərbaycanlı bacılar İsveç parlamentlərində

Azərbaycanlı bacılar İsveç parlamentlərində

İsveçdə seçkilər başa çatdı və parlament seçkilərinin nəticələri bir daha göstərdi ki, demokratiya və xalqın sərbəst səsvermə hüququ nə qədər önəmli və dəyərlidir. Əhalinin 80 faizdən çoxu seçkilərdə iştirak edib və sərbəst səsvermə ilə ölkənin gələcək siyasi istiqamətini müəyyənləşdirib.

Bu seçkilərdə müxalifət bloku 176 mandat qazanaraq, hakimiyyətdəki sağ blokun 173 mandatına qarşı parlamentdə əksəriyyəti ələ keçirib. Bununla da sosial-demokratların rəhbərliyi ilə yeni hökumətin qurulması və hakimiyyətin sağ hökumətdən müxalifətə keçməsi üçün zəmin yaranıb.

Bu seçkilərin diqqətçəkən məqamlarından biri İsveç Demokratları partiyasının (Sverigedemokraterna) səslərinin əvvəlki seçkilərlə müqayisədə təxminən 3 faiz azalmasıdır. Bəzi Avropa ölkələrində son illərdə ifrat sağ qüvvələrin güclənməsi fonunda bu ifrat sağ cərəyanın səslərinin azalması siyasi əhəmiyyət kəsb edir. İsveç seçkilərinin nəticələri Avropada da diqqətlə izlənəcək və Avropanın siyasi meylləri, eləcə də ifrat sağ cərəyanların mövqeyi ilə bağlı müzakirələrdə önəmli ola bilər.

Azərbaycanlı iki bacı — Ayda Kərimli və Aylin Nuri də öz partiyalarının siyahılarında ilk sıralarda yer aldıqları üçün yeni dövrdə də İsveç parlamentlərinə seçiliblər və İsveç parlamentlərindəki siyasi fəaliyyətlərini davam etdirəcəklər.