ArazNews
Ana Səhifə / İran / İran rejimi Mossadla əməkdaşlıqda ittiham olunan bir nəfəri edam edib
İran

İran rejimi Mossadla əməkdaşlıqda ittiham olunan bir nəfəri edam edib

İran rejimi Mossadla əməkdaşlıqda ittiham olunan bir nəfəri edam edib

İran rejiminin məhkəmə hakimiyyəti casusluq və Mossadla kəşfiyyat əməkdaşlığında ittiham olunan Hüseyn Pedaranın edam hökmünün icra olunduğunu bildirib.

Məhkəmə hakimiyyətinə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, məhkəmə rəsmiləri iddia edir ki, Pedaran İsfahan əyalətindəki həssas hərbi obyektlərə və bu mərkəzlərin bəzi işçilərinə dair məlumatları Mossadın ixtiyarına verib.

Mizan həmçinin iddia edib ki, o, əvvəlcə maliyyə marağı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi ilə əlaqə qurmağa cəhd edib, sonra isə Mossadla təmasda olub.

Məhkəmə hakimiyyəti bildirir ki, Pedaranın şifrələnmiş yazışmalarının araşdırılması göstərib ki, onun ötürdüyü məlumatlar 12 günlük müharibə zamanı bəzi hərbi hədəflərə hücumda istifadə edilmiş ola bilər.

Məlumata görə, edam hökmü Ali Məhkəmənin təsdiqindən sonra icra olunub. Hökmün icra vaxtı və yeri barədə heç bir təfərrüat açıqlanmayıb və məhkəmə hakimiyyəti tərəfindən irəli sürülən iddiaların müstəqil şəkildə doğrulanması mümkün deyil.