ABŞ Xarici İşlər Nazirliyi İslam İnqilabı Mühafizəçiləri Korpusunun (SEPAH) və onun Qüds qüvvəsi də daxil olmaqla şaxələrinin maliyyə mexanizmlərinin pozulmasına gətirib çıxaracaq məlumatların əldə edilməsi üçün 15 milyon dollara qədər mükafat təyin edib. Bu mükafat neftin pul müqabilində satışı, kağız üzərində mövcud şirkətlər, sərraflıq mərkəzləri və əməkdaşlıq edən maliyyə qurumları, habelə rejimin vəkil qruplarına pul və avadanlıq ötürülməsi marşrutları barədə məlumatları əhatə edir.
Vaşinqton daha əvvəl də SEPAH-ın hərbi pilotsuz uçuş aparatlarının istehsalı və satışı barədə məlumat üçün 15 milyon dollara qədər mükafat təyin etmişdi, həmçinin SEPAH-ın kiber komandanlığı rəhbərliyindən olan Əmir Yaryabın müəyyən edilməsi üçün 10 milyon dollar mükafat nəzərdə tutub. ABŞ Xəzinədarlıq naziri Skott Bessent də bir bəyanat yayaraq dünya ictimaiyyətindən İslam Respublikasının maliyyələşdirmə şəbəkələri və onun terror fəaliyyəti barədə məlumatları bu nazirliyə çatdırmağı istəyib.
Bessent bu planı "iqtisadi təcrid əməliyyatı"nın bir hissəsi adlandırıb. Bu əməliyyat Donald Trampın göstərişi ilə İslam Respublikasının dünya üzrə maliyyə damarlarının kəsilməsi məqsədilə şəhrivər ayının 2-dən (avqustun 24-dən) başladılıb.