Silahlı husi qruplaşmasının 1-ci desant briqadasının komandiri Furqan Mohsen əl-Əssar Bab əl-Məndəb boğazı yaxınlığındakı Kahbub cəbhəsində baş verən hücumda öldürülüb. İran rejiminin dəstəklədiyi vəkil qruplarından olan bu qruplaşma onun öldürülməsini rəsmi şəkildə açıqlayıb.
Husilər yaydıqları bəyanatda əl-Əssarı qruplaşmanın yüksək rütbəli komandirlərindən biri kimi təqdim ediblər.