ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı geniş sanksiya qanununu imzalayıb. Bu qanun Ukrayna müharibəsinə görə Moskvaya iqtisadi təzyiqi artırır.
Reuters agentliyinə istinadən, qanun Rusiyanın enerji və müdafiə sənayelərini, habelə mövcud sanksiyalardan yayınmaq üçün istifadə olunan tankerlərdən ibarət «kölgə donanmasını» hədəfə alır.
Qanun həmçinin ABŞ prezidentinə Rusiyanın bəzi iri ticarət tərəfdaşlarına qarşı yeni tariflər tətbiq etmək imkanı verir; tənqidçilər bunun digər ölkələrə də təsir göstərə biləcəyini bildirirlər.
İndi «Lindsi O. Qrehemin 2026-cı il Rusiya və İran Sanksiya Qanunu» adlandırılan bu layihə əvvəllər Nümayəndələr Palatası və Senatda təsdiqlənmişdi.