PKK-nın rəhbərlərindən Cəmil Bayık bildirib ki, silahların yerə qoyulması nəzərdə tutulursa, demokratik siyasi fəaliyyət hüququ olmalı və qanunlar dəyişdirilməlidir. Onun sözlərinə görə, Türkiyə hüquq sistemində kürdlər üçün yer nəzərdə tutulmayıb.
Bayık əlavə edib ki, bu dəyişikliklər olmadan kürdlərə təzyiq davam edəcək. O bildirib ki, Türkiyə hökumətinə etimad etmirlər və ona şübhə ilə yanaşırlar; həbsxanalar boşaldılmalıdır və indiyədək heç kim terrorizm siyahısından çıxarılmayıb.
O vurğulayıb ki, əgər bu proses nəticə verməzsə, böyük müharibəyə hazırdırlar və xalqlarının hədəflərinə çatana qədər mübarizədən əl çəkməyəcəklər.