ArazNews
Ana Səhifə / İran / İran təyyarələrinin Gürcüstana uçuşları 30 şəhriverdən dayandırılır: Tbilisi ABŞ-ın yeni sanksiyalarına qoşulub
İran

İran təyyarələrinin Gürcüstana uçuşları 30 şəhriverdən dayandırılır: Tbilisi ABŞ-ın yeni sanksiyalarına qoşulub

İran təyyarələrinin Gürcüstana uçuşları 30 şəhriverdən dayandırılır: Tbilisi ABŞ-ın yeni sanksiyalarına qoşulub

Əsr-e İran xəbər verib ki, Gürcüstan ABŞ-ın yeni sanksiyalarına qoşularaq bütün İran aviaşirkətlərinin uçuşlarını 30 şəhriverdən (21 sentyabr) dayandıracaq. Tbilisi və Batumi turları ləğv olunur, 29 şəhriverdən (20 sentyabr) etibarən bu istiqamətlərə bilet satışı dayandırılıb.

Gürcüstanın Mülki Aviasiya Agentliyi 19 şəhriverdə (10 sentyabr) beynəlxalq sanksiyaları aviasiya sahəsində tətbiq edəcəyini açıqlayıb. Bundan iki gün əvvəl isə ABŞ Xəzinədarlıq Nazirliyi Ata, Asəman, İran Airtur, Zaqros, Qeşm Air, Kiş Air və Taban da daxil olmaqla 27 İran aviaşirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.