İran rejiminin məmurları "Elac" adlı kəşfiyyat və izləmə sisteminin işə salındığını açıqlayıblar. İran rəsmilərinin sözlərinə görə, bu sistem xaricdə İran rejiminin maraqlarına və təhlükəsizliyinə qarşı fəaliyyət göstərən şəxsləri müəyyən etmək və izləmək üçün nəzərdə tutulub.
Bu təhlükəsizlik layihəsinin veb-saytı ölkə xaricindəki bir sıra iranlıların şəxsi məlumatlarını dərc edərək vətəndaşlardan daha çox insanı müəyyən edib onların məlumatlarını bu sistemə bildirmələrini istəyib. Bu layihəni idarə edən qurumun kimliyi və onun şəxslərin şəxsiyyət məlumatlarına necə çıxış əldə etdiyi məlum deyil. İran rejiminin dövlət televiziyası da bu layihənin təbliğatını aparıb.
"Elac" veb-saytında xaricdəki bir sıra iranlılar üçün profillər yaradılıb ki, bunlara bəzi hallarda ad, şəkil, milli kod, doğum tarixi və ata adı daxildir. Bu sistemi idarə edənlərin insanların milli kodu kimi məlumatlara necə çatdığı məlum deyil.