ArazNews
Ana Səhifə / İran / Rabitə xərcləri yenidən artıb: İranda internet və danışıq 40 faiz bahalaşıb
İran

Rabitə xərcləri yenidən artıb: İranda internet və danışıq 40 faiz bahalaşıb

Rabitə xərcləri yenidən artıb: İranda internet və danışıq 40 faiz bahalaşıb

İranın iki böyük mobil operatoru, "Həmrah-e Əvvəl" və "İrancell", cümə günündən, 1 abandan etibarən danışıq, SMS və internet paketlərinin tariflərini 40 faizədək artırdıqlarını açıqlayıb.

Hər iki operatorun yaydığı bildirişlərə əsasən, yeni tariflər cümə günü səhər saatlarından qüvvəyə minib. "İrancell" bundan əlavə sabit internet və fiber-optik internet xidmətlərinin qiymətini də 40 faizədək artırıb.

Bununla yanaşı, daxili messencerlərin internet trafiki adi tarifin üçdə biri, bu qaydanın aid olduğu daxili veb-saytların trafiki isə adi tarifin yarısı qiymətinə hesablanacaq.

Qiymət artımı İran vətəndaşları üçün yaşayış xərclərinin və iqtisadi təzyiqin hələ də yüksək qaldığı bir vaxtda tətbiq olunur.