Təbriz cümə imamı Əhməd Mütəhhəri-əsl icbari hicabla bağlı qanunların icra olunmasını və rejimin "əxlaqsızlığın təbliği"ndə ittiham etdiyi vətəndaşlara qarşı "güzəştsiz və qəti" tədbir görülməsini tələb edib.
Mütəhhəri-əsl Təbrizdə cümə namazı xütbəsində deyib ki, "iffət və hicab sahəsində mövcud qanunlar icra olunmalıdır" və onun sözlərinə görə, cəmiyyətdə əxlaqsızlığı təbliğ etməyə çalışanlara qarşı mövcud qanunlardan istifadə edilməlidir.
O, həmçinin hökumətdən "ailə və iffət-hicab dəyərlərini" dəstəkləməsini və onun sözlərinə görə bu sahədə mədəni yanaşma ilə fəaliyyət göstərən qrupların işi üçün şərait yaratmasını istəyib. Bu açıqlamalar elə bir vaxtda səslənir ki, İranda, o cümlədən Azərbaycanda qadınların böyük əksəriyyəti icbari hicabı öz seçim hüququnun və fərdi azadlıqlarının pozulması hesab edir.