ArazNews
Ana Səhifə / İran / ABŞ-ın energetika naziri: İslam Respublikası ilə razılaşma mümkün olmaya bilər
İran

ABŞ-ın energetika naziri: İslam Respublikası ilə razılaşma mümkün olmaya bilər

ABŞ-ın energetika naziri: İslam Respublikası ilə razılaşma mümkün olmaya bilər

ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, İslam Respublikası ilə nüvə razılaşması ümumiyyətlə əldə olunmaya bilər və bu halda Vaşinqton Tehranın nüvə imkanlarını tamamilə aradan qaldırmağa çalışacaq.

Yevronyus Raytın açıqlamalarına və CNBC-nin məlumatına istinadən yazıb ki, o deyib: "Nüvə razılaşması əldə olunmaya bilər" və hətta razılaşmaya nail olunmasının İranda növbəti hökumətin hakimiyyətə gəlməsinə qədər təxirə salınması ehtimalı da mövcuddur.

Rayt vurğulayıb ki, İslam Respublikası nüvə infrastrukturunu bərpa etməyə cəhd göstərərsə, ABŞ bu imkanları yenidən zəiflətməyə çalışacaq. O, həmçinin CBS-ə açıqlamasında bildirib ki, ABŞ ordusunun regiondakı ən mühüm hazırkı rolu İranın neft, neft məhsulları və qazının ixracının qarşısını almaqdır.

ABŞ-ın energetika naziri Vaşinqtonun strategiyasını açıq şəkildə təsvir edərək deyib: "Biz onların iqtisadiyyatını boğuruq" ki, ya hazırkı hökumətin siyasəti dəyişsin, ya da "yeni bir hökumət hakimiyyətə gəlsin".