ArazNews
Ana Səhifə / Dünya / Avropa İttifaqı ABŞ-ın İran rejiminə qarşı iqtisadi təzyiq kampaniyasına qoşulub
Dünya

Avropa İttifaqı ABŞ-ın İran rejiminə qarşı iqtisadi təzyiq kampaniyasına qoşulub

Avropa İttifaqı ABŞ-ın İran rejiminə qarşı iqtisadi təzyiq kampaniyasına qoşulub

ABŞ-ın xəzinədarlıq naziri Skott Bessent açıqlayıb ki, Avropa İttifaqı İran rejiminə qarşı "iqtisadi təcrid əməliyyatına" dəstəyini rəsmi şəkildə və "ən qəti ifadələrlə" bəyan edib.

Bessent G20 maliyyə nazirlərinin toplantısı ərəfəsində Avropa İttifaqının bu kampaniyaya göstərdiyi geniş dəstəyə görə minnətdarlığını bildirib. Avropa İttifaqı da öz rəsmi bəyanatında bildirib ki, İran rejimini destabilləşdirici addımlarını dayandırmağa və sülh danışıqlarına qoşulmağa məcbur etmək üçün ABŞ-ın rəhbərlik etdiyi əməliyyat da daxil olmaqla, daha çox iqtisadi təzyiq göstərilməsini dəstəkləyir.

ABŞ Xəzinədarlıq Nazirliyi bu əməliyyata 24 avqustda başlayıb və məqsədini İran rejimi və Sepah tərəfindən dünya üzrə istifadə olunan şəbəkələrin, maliyyə mənbələrinin və iqtisadi yolların kəsilməsi kimi açıqlayıb.