Məsud Pezeşkiyan Şanхay Əməkdaşlıq Təşkilatı üzvü ölkələrinin dövlət başçıları zirvəsində iştirak etmək üçün Tehrandan Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb. İran islam rejiminin xarici işlər naziri Abbas Əraqçi də bu səfərdə ona müşayiət edir.
Səda və Sima xəbər agentliyinə istinadən, Pezeşkiyan yola düşməzdən əvvəl deyib ki, Şanхay Əməkdaşlıq Təşkilatı dünyada "təksəslilik" adlandırdığı vəziyyətə qarşı regionda güclü bir struktur yaradıb.
O, həmçinin regional gərginliklərə toxunaraq bildirib: "Biz müharibə axtarmırıq", lakin "təcavüz" adlandırdığı hərəkətlərə qarşı rejim "sakit oturmayacaq" və qəti cavab vermə gücünə malikdir.
Pezeşkiyan həmçinin vurğulayıb ki, qeyri-sabitliyin genişlənməsi bölgənin bütün ölkələrinə təsir göstərə bilər və təhlükəsizliyin təmin edilməsi, inkişafın və iqtisadi əlaqələrin gücləndirilməsi üçün üzv ölkələrin əməkdaşlığına çağırıb.