ArazNews
Ana Səhifə / Dünya / Sepahın Hörmüz boğazı ilə bağlı yeni hədəsi: İordaniyada iki hava bazasına raket hücumu
Dünya

Sepahın Hörmüz boğazı ilə bağlı yeni hədəsi: İordaniyada iki hava bazasına raket hücumu

Sepahın Hörmüz boğazı ilə bağlı yeni hədəsi: İordaniyada iki hava bazasına raket hücumu

İran İslam İnqilabı Mühafizəçiləri Korpusu (Sepah) bazar ertəsi səhər ABŞ-ın Lark adasına hücumuna cavab olaraq İordaniyada "Kral Hüseyn" və "əl-Əzrək" hava bazalarını ballistik raket və pilotsuz uçuş aparatları (dron) ilə hədəfə aldığını iddia edib. Sepahın ictimaiyyətlə əlaqələr xidmətinin iddiasına görə, hücumun hədəfində texniki və təmir infrastrukturu, habelə qırıcı təyyarələrin yerləşdiyi ərazilər olub.

Sepah eyni bəyanatda Hörmüz boğazını yeni bir hədə vasitəsinə çevirərək yazıb ki, hərbi tədbirlər Tehranın bu boğaz üzərindəki nəzarətini zəiflətmir və istənilən atəş qarşılıqlı cavab alacaq.

Fox News bir Amerika mənbəsinə istinadən xəbər verib ki, ciddi ziyan qeydə alınmayıb və hava hücumundan müdafiə sistemləri demək olar ki, bütün raketləri hədəfə çatmazdan əvvəl məhv edib. Fars xəbər agentliyi isə daha əvvəl yazmışdı ki, ABŞ-ın Lark adasına dron hücumları İordaniya ərazisindən həyata keçirilib.

Enerji bazarı da bu hadisəyə reaksiya verib; Reuters agentliyinin məlumatına görə, neftin qiyməti iki faizdən çox artıb və Brent markalı neftin qiyməti yenidən bir barel üçün 90 dollardan yuxarı qalxıb.