ArazNews
Ana Səhifə / Dünya / ABŞ: Hizbullah yalnız İrandan əmr alır; silahsızlanma vaxtı çatıb
Dünya

ABŞ: Hizbullah yalnız İrandan əmr alır; silahsızlanma vaxtı çatıb

ABŞ: Hizbullah yalnız İrandan əmr alır; silahsızlanma vaxtı çatıb

ABŞ Xarici İşlər Nazirliyi Livan hökumətinin bu ölkənin gələcəyi ilə bağlı qərar qəbul etmək üçün yeganə qanuni tərəf olduğunu vurğulayaraq, Hizbullahın silahsızlandırılmasını və bu qrupun silahlarının hökumətə təhvil verilməsini tələb edib.

ABŞ Xarici İşlər Nazirliyinin bu ölkənin Beyrutdakı səfirliyi tərəfindən yayımlanan bəyanatına istinadən, Vaşinqton bildirib: «Amerika Birləşmiş Ştatları Livan xalqının yanında dayanır və Livanın təhlükəsiz, müstəqil bir ölkə olmasını istəyir. Bunun həyata keçməsi üçün Hizbullah silahsızlandırılmalıdır».

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin iddia edib ki, Hizbullah hazırkı şəraitdə Livan hökuməti, ABŞ və ya İsraillə danışıqlara getməyə hazır deyil, «çünki sadəcə İrandan əmr alır».

Bəyanatın sonunda deyilir: «Hizbullahın Livanın və Livan xalqının xeyrinə olanı etmək vaxtı çatıb».