İsrailin daxili təhlükəsizlik xidməti ilk dəfə olaraq Binyamin Netanyahunun oğlu Yair Netanyahunun həyatına qarşı "ciddi hədə" barədə məlumat aldığını təsdiqləyib və təhlükəsizlik qiymətləndirməsindən sonra onun ABŞ-dan təcili geri qaytarılması barədə əmr verilib.
İsrailin 12-ci kanalına istinadən, təhlükəsizlik məmurları Yair Netanyahuya zərər vurulması cəhdi ehtimalını ciddi qiymətləndiriblər və mühafizə komandası ilə birlikdə onun dərhal Mayamini tərk edərək İsrailə qayıtması qərarına gəliblər.
Hədənin mənbəyi, arxasında dayana biləcək şəxs və ya qrup, habelə əldə edilən təhlükəsizlik məlumatının mahiyyəti barədə hələ heç bir təfərrüat açıqlanmayıb.