ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retkliff bu həftə elan edilməmiş səfərlə Moskvaya gedib. Uoll-strit Jurnalın məlumatına görə, o, bu səfər zamanı Rusiyanı NATO üzvü ölkələrə hücum etməməsi barədə xəbərdar edib.
Səfər ABŞ-ın yeni kəşfiyyat qiymətləndirmələrindən sonra baş verib. Bu qiymətləndirmələrə əsasən, Putin gələcək illərdə üzv ölkələrdən birinə məhdud hücumla NATO-nun iradəsini sınaya bilər.
Amerikalı rəsmilər kiber hücumdan tutmuş məhdud quru müdaxiləsinə qədər müxtəlif ssenariləri mümkün hesab edirlər; ehtimal ki, bu, Baltikyanı ölkələrdən birində baş verə bilər. Onların digər narahatlığı isə Ukraynaya illərlə göstərilən dəstək və İranla son toqquşmadan sonra Qərbin silah ehtiyatlarının azalmasıdır ki, bu da Moskvanın hesablamalarına təsir göstərə bilər.