Araz Newsun İLNA-dan nəql etdiyinə görə, Purdehqan bildirib ki, illik inflyasiya təxminən 68-70 faizə, ərzaq məhsullarındakı inflyasiya isə 130 faizə çatıb və bir çox işçinin, məmurun və pensiyaçının orta aylıq maaşı artıq ayda cəmi 100-120 dollar səviyyəsindədir.
O, eyni zamanda iddia edib ki, iqtisadiyyatda "hökumətin indiki büdcəsinin üç qatına yaxın" pul var, ancaq bu pulun dəyəri çox sərt şəkildə düşüb.
Bu məclis nümayəndəsi hökuməti "gündəlik işlərə batmış" və "dərin yuxuda" olaraq təsvir edib və xəbərdarlıq edib ki, hökumət iqtisadi böhranları nəzarətdə saxlamaq üçün bir plan ortaya qoymasa, məclis öz nəzarət alətlərindən istifadə edəcək.