ArazNews
Ana Səhifə / İnsan Haqları / Məhəmmədrza Movəhhəd 6 ildən çox həbs cəzasının icrası üçün Təbrizin mərkəzi həbsxanasına köçürülüb
İnsan Haqları

Məhəmmədrza Movəhhəd 6 ildən çox həbs cəzasının icrası üçün Təbrizin mərkəzi həbsxanasına köçürülüb

Məhəmmədrza Movəhhəd 6 ildən çox həbs cəzasının icrası üçün Təbrizin mərkəzi həbsxanasına köçürülüb

Cənubi Azərbaycanlı mülki fəal və keçmiş siyasi məhbus Məhəmmədrza Movəhhəd 6 il 4 aylıq həbs cəzasının icrası üçün Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi bu Azərbaycanlı fəalı "ölkənin təhlükəsizliyinə qarşı toplanma və sui-qəsd" ittihamı ilə 3 il 7 ay, "Demokratlar qrupunun üzvü olmaq" ittihamı ilə isə 2 il 9 ay təzirlə həbs cəzasına məhkum edib. Cəzaların birləşdirilməsi qanununa əsasən, daha ağır cəza, yəni 3 il 7 aylıq həbs cəzası icra oluna bilər.

Məhəmmədrza Movəhhəd 2023-cü ilin sentyabrında Əli Babayi, Yuruş Mehrəlibəyli, Davud Şiri, Araz İbrahimnejad və Mürtəza Nurməhəmmədi də daxil olmaqla daha 12 Azərbaycanlı fəalla birlikdə həbs edilmişdi. Yayılan məlumatlara görə, bu şəxslər təxminən üç aylıq həbs və istintaqdan sonra girov qoyaraq müvəqqəti azadlığa buraxılıblar.