ArazNews
Ana Səhifə / Dünya / ABŞ-ın Ankaradakı səfiri: İsrail Türkiyə sərhədində qırıcı təyyarələr uçuraraq təhlükəli oyun oynadı
Dünya

ABŞ-ın Ankaradakı səfiri: İsrail Türkiyə sərhədində qırıcı təyyarələr uçuraraq təhlükəli oyun oynadı

ABŞ-ın Ankaradakı səfiri: İsrail Türkiyə sərhədində qırıcı təyyarələr uçuraraq təhlükəli oyun oynadı

ABŞ-ın Türkiyədəki səfiri və Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib ki, İsrailin Türkiyə sərhədinə yaxın Əbu-əz-Zuhur hava bazasına son hücumu ilə bağlı irəli sürülən fərziyyələrdən biri odur ki, İsrail Ankaranı təhrik etməyə çalışıb.

Barrak Mario Nofal ilə söhbətində Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus qırıcı təyyarəni vurmasını xatırladaraq, İsrail qırıcılarının əvvəlcədən xəbərdarlıq və ya əlaqələndirmə olmadan Türkiyə sərhədi yaxınlığında uçuşunu "çox təhlükəli oyun" adlandırıb. O vurğulayıb ki, bu şərh İsrailin niyyəti ilə bağlı irəli sürülən fərziyyələrdən yalnız biridir.

ABŞ-ın səfiri əlavə edib ki, Rəcəb Tayyib Ərdoğandan və xarici işlər nazirindən tutmuş kəşfiyyat qurumuna qədər Türkiyənin yüksək vəzifəli rəsmiləri təmkinə diqqət yetiriblər və Ankaranın İsrailə hücum etmək və ya bu ölkə ilə hərbi qarşıdurmaya girmək niyyəti yoxdur.

Barrakın sözlərinə görə, Türkiyə regiondakı böhrandan çıxış yolunu İran məsələsindən daha çox Fələstin problemi üçün həll yolu tapılmasında görür ki, bu da Türkiyə ictimaiyyəti və İslam dünyası üçün mərkəzi əhəmiyyət kəsb edən mövzudur. ABŞ da İsrailin Əbu-əz-Zuhura hücumundan sonra Türkiyə, İsrail və Suriya arasında istənilməyən toqquşmanın qarşısını almaq üçün mexanizm yaratmağa çalışır.