ArazNews
Ana Səhifə / İran / İran Məclisinin deputatı: bəzi komandanlar və nüvə alimləri "nüfuz" nəticəsində öldürülüb
İran

İran Məclisinin deputatı: bəzi komandanlar və nüvə alimləri "nüfuz" nəticəsində öldürülüb

İran Məclisinin deputatı: bəzi komandanlar və nüvə alimləri

Məclisin 90-cı maddə komissiyasının sədr müavini Hüseynəli Hacıdeliqani bildirib ki, komandanların, İslam Respublikası məsulların bir qisminin və nüvə alimlərinin öldürülməsində "nüfuz"un rolu olub; bu açıqlamalar Məclisdə müzakirə edilən mübahisəli "nüfuzla mübarizə" qanun layihəsinin araşdırılması fonunda səslənib.

Hacıdeliqani "Xeberonline" agentliyinə açıqlamasında deyib: "Bizim bəzi komandanlarımızın, ölkə məsullarının və nüvə alimlərinin şəhid olması nüfuz yolu ilə baş verib". O iddia edib ki, bununla bağlı işlər məhkəmə hakimiyyətinə təqdim ediləndə cavab olaraq bu cür halların qarşısını almaq üçün konkret qanunun mövcud olmadığı bildirilir. O, öldürülən şəxslər və ya bu "nüfuz"un necə həyata keçirildiyi barədə heç bir detal açıqlamayıb.

Bu açıqlamalar İslam Respublikasının xarici işlər naziri Abbas İraqçinin keçən ay hökumət strukturunda bir "təhlükəsizlik deşiyi"nin mövcudluğunu etiraf etməsindən sonra səslənir. İraqçi bildirmişdi ki, "rəhbərlik iqamətgahı"na hücum məhz bu deşik vasitəsilə həyata keçirilib və vurğulamışdı ki, bu deşik "hələ də mövcuddur". O, həmçinin qeyd etmişdi ki, nüfuz təkcə məlumatlara çıxışla məhdudlaşmır və qərar qəbulu prosesinə, eləcə də ictimai psixoloji mühitin istiqamətləndirilməsinə də təsir göstərə bilər.