ArazNews
Ana Səhifə / İran / Qalibaf: Ac xalqla hərbi güc də davam gətirmir
İran

Qalibaf: Ac xalqla hərbi güc də davam gətirmir

Qalibaf: Ac xalqla hərbi güc də davam gətirmir

İran İslam Respublikası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, dövlətin dayanıqlığında yaşayış səviyyəsinin roluna toxunaraq, hətta hərbi gücə malik olmağın belə, iqtisadi inkişaf və xalqın rifahının təmin edilməsi olmadan davam gətirə bilməyəcəyini bildirib.

"Xane-ye Millət" – Məclisin xəbər agentliyinin məlumatına görə, Qalibaf İran və İraq iş adamlarının görüşündə deyib: "Nə qədər hərbi gücümüz olsa da, əgər xalq ac olarsa, maliyyə dövriyyəmiz və iqtisadi artımımız olmazsa, davam gətirə bilmərik."

O, təhlükəsizlik və iqtisadiyyatı bir-birini tamamlayan amillər kimi qiymətləndirərək, təhlükəsizliyin dayanıqlı iqtisadi dayaq olmadan davamlı olmayacağını əlavə edib.

Qalibaf həmçinin deyib: "Biz bir döyüşçü kimi, sülhdən danışanlardan daha çox sülhün qədrini bilirik."