ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu ölkənin ordusu may ayının əvvəlindən indiyədək 600 milyon barreldən çox xam neft daşıyan təxminən 1300 ticarət gəmisinin Hörmüz boğazından keçidinə kömək edib.
Amerikanın Səsi radiosuna istinadən, CENTCOM-un sözçüsü Tim Hokinz bildirib ki, Hörmüz boğazında ticarət gəmiçiliyi üçün bir sıra marşrutlar "açıq və təhlükəsizdir" və ABŞ qüvvələri bu marşrutları genişləndirmək məqsədilə minaaxtarma əməliyyatlarını davam etdirir.
CENTCOM "Axios"un boğazın cənub hissəsində, Əmanın sahillərinə yaxın ərazidə gəmiçilik marşrutunun yaradılması barədə hesabatına dair şərh verməyib. "Axios"un hesabatına əsasən, hər gecə bu marşrutdan təxminən 15-20 neft tankeri keçir.
CENTCOM həmçinin bildirib ki, avqustun 19-dək ABŞ qüvvələri İslam Respublikası ilə əlaqəli 65 ticarət gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb və qaydalara riayət olunmasını yoxlamaq üçün iki gəmiyə daxil olub.