İranda benzinin gündəlik istehlakı təxminən 135 milyon litrə çatıb və bir dövlət məmuru yanacaqla təminat və istehlak vəziyyətini "təcili və böhranlı" adlandırıb.
Dövlətin rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Enerjinin Optimallaşdırılması və Strateji İdarəetmə Təşkilatının müavini Yasər Mirzəyi bildirib ki, müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq, benzin istehlakı hələ də yüksək səviyyədə qalır.
Mirzəyi istehsal, idxal və benzin ehtiyatlarının səviyyəsindəki məhdudiyyətlərə toxunaraq vurğulayıb ki, mövcud vəziyyətin idarə olunması təcili və böhranlı bir məsələyə çevrilib.