ABŞ ordusu son həftələr ərzində Hörmüz boğazının cənub hissəsində, Oman sahillərinə yaxın bölgədə yeni bir gəmiçilik marşrutu yaradıb; bu addım Tehran ilə Vaşinqton arasında bu strateji su yolunun nəzarəti ətrafında davam edən ixtilaf şəraitində atılıb.
«Aksios» internet saytının məlumatına görə, iki ABŞ rəsmisi bildirib ki, hər gecə təxminən 15-20 neft tankeri ABŞ ordusunun dəstəyi ilə bu marşrutdan keçərək körfəzə daxil olur və ya oradan çıxır, gündəlik isə təxminən 10 milyon barrel neft, yəni müharibədən əvvəlki həcmin təxminən yarısı, dünya bazarına ötürülür.
ABŞ ordusu neft daşıyan tankerləri müşayiət etməklə yanaşı, boş tankerlərə də körfəzə daxil olmaq, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytdə yüklənmək və boğazdan yenidən çıxmaq üçün kömək edir.
Eyni zamanda, CNN telekanalı Kpler şirkətinin məlumatlarına istinadən xəbər verib ki, son iki həftə ərzində izlənilə bilən gəmilərin 80 faizdən çoxu Oman sahillərinə yaxın marşrutdan keçib; bu marşrut bir ay əvvəl demək olar ki, heç bir hərəkət olmadan qalırdı.