ArazNews
Ana Səhifə / İnsan Haqları / Ayaz Seyfxahın Evin həbsxanası rəhbərliyi tərəfindən xəstəxanaya aparılmasının qarşısı alınıb
İnsan Haqları

Ayaz Seyfxahın Evin həbsxanası rəhbərliyi tərəfindən xəstəxanaya aparılmasının qarşısı alınıb

Ayaz Seyfxahın Evin həbsxanası rəhbərliyi tərəfindən xəstəxanaya aparılmasının qarşısı alınıb

Azərbaycan Milli Hərəkatının fəalı və Evin həbsxanasında saxlanılan siyasi məhbus Ayaz Seyfxah, bu həbsxananın raket hücumuna məruz qalması zamanı sol qulağından ciddi zədə almasına baxmayaraq, hələ də həbsxanadan kənarda xəstəxanaya aparılma imkanından məhrum edilib.

Yayılan xəbərlərə görə, Seyfxahın sol qulağının pərdəsi Evinə edilən raket hücumu zamanı zədələnib və o, hazırda bu qulağının eşitmə qabiliyyətini tamamilə itirib. Həbsxana həkimləri onu müayinə etdikdən sonra həbsxanadan kənarda müalicə və mütəxəssis müayinəsinə ehtiyacı olduğunu təsdiqləyib və onun xəstəxanaya göndərilməsi barədə tələb irəli sürüblər.

Bununla belə, həbsxana rəhbərliyi büdcə çatışmazlığını əsas gətirərək bu məhbusun xəstəxanaya aparılmasının qarşısını alıb.

Ayaz Seyfxah 2024-cü ilin fevral ayında (1402-ci il bəhmən ayında) həbs edilib və 2024-cü ilin oktyabr ayında (1403-cü il mehr ayında) Tehran İnqilab Məhkəməsinin Əbülqasim Salavatinin sədrlik etdiyi 15-ci şöbəsi tərəfindən 14 il həbs cəzasına məhkum edilib; bu hökm apellyasiya məhkəməsində də təsdiqlənib.