ArazNews
Ana Səhifə / İnsan Haqları / Azərbaycanlı fəalların İranın təhlükəsizlik təzyiqləri barədə bəyanatı: beynəlxalq qurumlara Azərbaycan siyasi məhbuslarının vəziyyətini izləmə çağırışı
İnsan Haqları

Azərbaycanlı fəalların İranın təhlükəsizlik təzyiqləri barədə bəyanatı: beynəlxalq qurumlara Azərbaycan siyasi məhbuslarının vəziyyətini izləmə çağırışı

Azərbaycanlı fəalların İranın təhlükəsizlik təzyiqləri barədə bəyanatı: beynəlxalq qurumlara Azərbaycan siyasi məhbuslarının vəziyyətini izləmə çağırışı

Bir qrup türk siyasi və mədəni fəal, alim və ziyalı yaydıqları bəyanatda İranda türklərə qarşı artan həbslər, ağır hökmlər və siyasi, mədəni fəaliyyətlərə qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarını açıqlayıblar.

Araz Newsun Təbriz Araşdırmalar Mərkəzinə istinadən bildirdiyinə görə, bəyanatda son bir il ərzində fərqli əyalətlərdə əhəmiyyətli sayda Azərbaycanlı fəalın həbs olunduğu və ya tutulduğu, onların bir qisminin isə təhlükəsizlik ittihamları və uzunmüddətli həbs hökmləri ilə üzləşdiyi bildirilib. İmza sahibləri həmçinin bəzi ittiham olunanların vəkil hüququndan məhrum edilməsinə, təhlükəsizlik təzyiqlərinə və məhbusların sağlamlıq vəziyyətinə etiraz ediblər.

Bəyanata görə, Araz Əman, Ayaz Seyfxah, Ayat Mehrəlibəyli (Yoruş), Əmin Təqizadə, Baqir Hacızadə, Rza Səlimi, Salar Tahir Əfşar, Siyamək Mirzəyi, Səməd Heydəri, Tahir Nəqəvi, Abbas Ləsani, Əbdüləziz Əzimi Qədim, Əsgər Əkbərzadə, Əli Babayi, Əli Vasiqi, Fatimə Atəşi Xiyavi, Kərəm Mərdanə, Məhəmməd Məlaki, Mahmud Ocaqlı, Mürtəza Pərvin, Vədud Əsədi və Yusif Kari bəyanat hazırlanan zaman həbsdə olan fəallar arasında yer alıblar.

Həmçinin onlarla digər fəal girov (kəfalət) müqabilində azadlıqdadır, məhkəmə prosesindədir və ya hökmləri qətiləşdiyi üçün icra mərhələsinə yaxınlaşır.

İmza sahibləri sonda Birləşmiş Millətlərin xüsusi məruzəçilərinə və Həqiqətləri Araşdırma Heyətinə, dövlətlərə və beynəlxalq insan hüquqları qurumlarına çağırış edərək Azərbaycanlı məhbusların vəziyyətini və məhkəmə proseslərini yaxından izləmələrini, ədalətli məhkəmə araşdırmasının, sağlamlıq hüququnun və insan ləyaqətinin qorunması üçün addımlar atmalarını istəyiblər.