ArazNews
Ana Səhifə / İran / Pakistanın dövlət mənbələri: ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib
İran

Pakistanın dövlət mənbələri: ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib

Pakistanın dövlət mənbələri: ABŞ və İran atəşkəsin uzadılması ilə bağlı razılığa gəlib

Pakistanın dövlət mənbələri bildirib ki, ABŞ və İran rejimi "İslamabad sazişi" əsasında qüvvədə olan və 17 avqustda başa çatacaq atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.

Anadolu Agentliyinə istinadən, vasitəçilik prosesinə yaxın bir mənbə deyib ki, Tehran və Vaşinqton atəşkəsin uzadılmasına razı olduqlarını vasitəçilərə bildiriblər. Bununla belə, atəşkəsin 17 avqustdan sonra nə qədər müddətə uzadılacağı hələ məlum deyil və bu istiqamətdə məsləhətləşmələr davam edir.

ABŞ və İran, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədən sonra 17 iyunda "İslamabad sazişi"ni imzalayıblar. Bu sazişə əsasən, yekun razılaşmaya nail olmaq məqsədilə danışıqlar üçün 60 günlük müddət nəzərdə tutulub.

Bu məlumat elə bir vaxtda yayılır ki, İran rejiminin sərhəd mühafizəsi komandanı Əliəkbər Cavidan ABŞ-ın İrana qarşı yerüstü hücum ehtimalı barədə məlumatları "xəyalpərəstlik" adlandırıb. O iddia edib ki, sərhəd mühafizəsi qüvvələri hər hansı mümkün hücuma qarşı tam hazırlıqdadır.