ArazNews
Ana Səhifə / İran / "Ədalət" səhmlərinin mənfəəti hələ də ödənilmir; hətta 1403-cü il payı da tam ödənilməyib
İran

"Ədalət" səhmlərinin mənfəəti hələ də ödənilmir; hətta 1403-cü il payı da tam ödənilməyib

"Ədalət" səhmlərinin 1403-cü (şəmsi) il əməliyyatlarına aid mənfəətinin bir hissəsi hələ də ödənilməyib, hazırda isə 1404-cü il əməliyyatlarının mənfəətinin ödənilməsinə başlanması barədə heç bir məlumat yoxdur.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan Fars xəbər agentliyinin məlumatına görə, Mərkəzi Depozitar Şirkəti bildirib ki, bəzi investisiya cəlb edən şirkətlər 1403-cü il mənfəətinə aid məbləğlərin hamısını hələ də köçürməyiblər.

Həmçinin Birjanın Ali Şurası indiyədək 1404-cü il mənfəətinin toplanması üçün hər hansı qərar qəbul etməyib.