Bazar günü sübh çağı, avqustun 16-da, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə bir neçə partlayış baş verib.
Fransa Xəbər Agentliyinə istinadən, Kiyevin meri Vitali Kliçko bildirib ki, paytaxt ballistik raketlərin hədəfinə çevrilib və hücumlar nəticəsində şəhərin ən azı üç nöqtəsində yanğın baş verib.
Kiyev hərbi idarəsinin ilkin məlumatına görə, bu hücum nəticəsində ən azı bir nəfər yaralanıb.