ArazNews
Ana Səhifə / İran / Yol və dəmir yolu dəniz ticarətini əvəz edə bilməz; İranlı ticarət məmuru ABŞ-ın dəniz blokadasının təsirini etiraf edib
İran

Yol və dəmir yolu dəniz ticarətini əvəz edə bilməz; İranlı ticarət məmuru ABŞ-ın dəniz blokadasının təsirini etiraf edib

Yol və dəmir yolu dəniz ticarətini əvəz edə bilməz; İranlı ticarət məmuru ABŞ-ın dəniz blokadasının təsirini etiraf edib

İranın Ticarətin İnkişafı Təşkilatının Təchizat və Logistika İdarəsinin rəisi Seyid Əli İmami ölkənin ABŞ blokadası nəticəsində dəniz tranzitinin azaldığını açıqlayıb və bildirib ki, dəniz yükünün dəmir yolu və avtomobil yollarına ötürülməsi çətinliklə həyata keçirilir.

İmami qeyd edib ki, İranın ixracının 73 faizi və idxalının 79 faizi dəniz yolu ilə həyata keçirilir; buna görə də dəmir yolu, avtomobil yolu şəbəkəsinin və nəqliyyat donanmasının hazırkı gücü cənub limanlarını əvəz etmək üçün kifayət deyil.

Onun sözlərinə görə, İmam Xomeyni limanı, Şəhid Rəcai limanı, Çabahar və digər cənub limanları müharibə zamanı yaranan məhdudiyyətlər səbəbindən az istifadə olunur və İran rejimi Xəzər dənizi, eləcə də Türkiyə və Pakistanla quru sərhədləri üzərindən alternativ marşrutları aktivləşdirməyə məcbur olub.

Ticarətin İnkişafı Təşkilatının rəhbəri əlavə edib ki, şimal limanlarında malların boşaldılması və yüklənməsi 54 faiz artıb. Bununla belə, İranın ticarətinin dəniz marşrutlarından geniş asılılığı göstərir ki, bu həcmdə malın tez bir zamanda dəmir yolu və avtomobil yoluna keçirilməsi mümkün deyil və ABŞ blokadası ölkənin təchizat zənciri və xarici ticarətinə təzyiq göstərməkdə davam edir.