ArazNews
Ana Səhifə / İran / İranda elmi heyətə cəlb üçün yeni meyar: "müharibə yaralılarına xidmət" universitetə işə qəbulda üstünlük oldu
İran

İranda elmi heyətə cəlb üçün yeni meyar: "müharibə yaralılarına xidmət" universitetə işə qəbulda üstünlük oldu

İranda elmi heyətə cəlb üçün yeni meyar:

İran İslam Respublikasının Səhiyyə Nazirliyi tibb elmləri universitetlərinin elmi heyətinə üzvlük üçün müraciət edənlərin qiymətləndirilmə prosesinə yeni bir meyar əlavə edib; bundan sonra "müharibə yaralılarına xidmətdə könüllü fəaliyyət" namizədlər üçün üstünlük hesab oluna bilər.

Səhiyyə Nazirliyinin təhsil üzrə müavini Tahirə Cəngiz İSNA agentliyinə açıqlamasında deyib ki, müharibə yaralılarına və ehtiyacı olan qruplara könüllü xidmət, habelə aşağı pilləli şəxslərin təlimi elmi heyətə cəlb üzrə yeni təlimatda dəyərli sayılır.

Cəngizin sözlərinə görə, namizədlərin elmi heyətə üzv olmazdan əvvəl, tələbəlik, assistentlik və ya əsgərlik dövründə gördükləri fəaliyyətlər belə onların qiymətləndirilməsində nəzərə alına bilər.