ArazNews
Ana Səhifə / Dünya / Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi neftin bahalaşmasına səbəb olub
Dünya

Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi neftin bahalaşmasına səbəb olub

Hörmüz boğazının açılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi neftin bahalaşmasına səbəb olub

Hörmüz boğazının tam açılma vaxtının məlum olmaması səbəbindən dünya neft qiymətləri artıb. Brent markalı neftin bir barreli 91 sent bahalaşaraq 84 dollar 46 sentə çatıb, Uest Teksas İntermedieyt markalı neft isə 61 sent artımla 78 dollar 79 sentdən satılıb. Hər iki indeks keçən həftə yeddi faizdən çox ucuzlaşmışdı.

Qiymətlərin artması İran İslam Respublikası ilə Ománın bu strateji boğazın açılması barədə razılığa yaxınlaşdığına dair fərziyyələrlə eyni vaxta düşüb. KCM Trade şirkətinin baş analitiki Tim Uoterer bildirib ki, treyderlər bu danışıqların dəyişkənliyinə artıq öyrəşiblər və riskin daha da azalmasından əvvəl neft tankerlərinin təsdiqlənmiş hərəkəti və ya rəsmi razılaşma kimi konkret sübutları gözləyirlər.