ArazNews
Ana Səhifə / İran / Kürdüstan telekommunikasiya təqaüdçüləri: mütəqaidlərin haqlarının tam ödənildiyi iddiasını təkzib ediblər
İran

Kürdüstan telekommunikasiya təqaüdçüləri: mütəqaidlərin haqlarının tam ödənildiyi iddiasını təkzib ediblər

Kürdüstan telekommunikasiya təqaüdçüləri: mütəqaidlərin haqlarının tam ödənildiyi iddiasını təkzib ediblər

Kürdüstan əyalətində Telekommunikasiya şirkətinin təqaüdçüləri etiraz aksiyası keçirərək, şirkətin baş direktorunun onların tələblərinin tam ödənildiyi barədə iddiasının yanlış olduğunu bildiriblər. Aksiya iştirakçıları bu toplantıda təsdiqlənmiş maaş və imtiyazların əhəmiyyətli hissəsinin hələ də onlara ödənilmədiyini deyiblər.

Aksiya iştirakçıları təqaüd maaşı və imtiyazlarına dair qaydaların tam icra olunmasını və əlavə sığorta xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasını tələb ediblər. Bu etiraz son aylarda İranın müxtəlif əyalətlərində telekommunikasiya təqaüdçülərinin keçirdiyi sıra peşəkar aksiyaların davamı kimi baş verib.