2-ci tip diabetdən, tütün istifadəsindən və yüksək qan təzyiqindən çəkinmək dəli-qocalığa (demensiya) tutulmanı təxminən 13 il yubandıra bilər. Bu, çərşənbə günü "Neurology" jurnalının Açıq Girişli nəşrində dərc olunan bir araşdırmanın nəticəsidir.
Tədqiqatçılar 12 min 400-dən çox böyükyaşlını orta hesabla 26 il müddətində izləyiblər. Təxminən 56 yaşında hər üç risk faktoruna malik olan şəxslərdə dəli-qocalığa tutulma ehtimalı iki dəfədən çox yüksək olub. Onların digər səbəblərdən erkən ölüm ehtimalı isə beş dəfədən çox artıb.
Bu üç faktordan heç birinə malik olmayanlar orta hesabla 30 il dəli-qocalıqsız yaşayıblar; yüksək risk qrupu üçün bu rəqəm 17,5 il təşkil edib. Araşdırmanın baş müəllifi Yozef Kuruş xəstələrə qan təzyiqi, diabet və siqaretdən imtina barədə həkimləri ilə məsləhətləşmələrini tövsiyə edir.