Mühasibatlıq üzrə 23 yaşlı tələbə Nəcmə Əmini 1 fevral tarixində Məşhəddə həbs edilib və hazırda «məharibə» ittihamı ilə edam təhlükəsi ilə üzləşib. O, bazarda alış-veriş edərkən döyülərək həbs olunub və bunun səbəbi bir neçə etiraz xarakterli İnstaqram istorisinin paylaşılması olub.
Əmini iki gün ərzində təhlükəsizlik polisində saxlanılıb və ondan məcburi etiraf alınıb. O, Məşhədin Vəkilabad həbsxanasında vəkillə görüşmək imkanından məhrum edilib.
İslam Respublikasının məhkəmə sistemi bu ilin əvvəlindən 50-dən çox siyasi məhbusu edam edib. 2026-cı ilin əvvəlindən dey ayı (yanvar) etirazları ilə bağlı ən azı 26 nəfər edam olunub, daha 60 nəfər isə edam hökmünün icrası təhlükəsi ilə üzləşir.