İran İnsan Haqları Təşkilatı bildirib ki, Məlkəşahda 16 dey (İran təqvimi) etirazlarında həbs edilənlərdən olan Mehdi Rövşəni təhlükəsizliklə bağlı ittihamlarla edam cəzasına məhkum edilib.
Təşkilatın hesabatına görə, təhlükəsizlik qüvvələri onu iki ay tam məlumatsızlıq şəraitində saxlayıb və məcburi etiraf almaq üçün işgəncə verib. Məhz bu etiraflar edam hökmünün əsasını təşkil edib.
Təşkilat yazıb ki, Rövşəni may ayının sonlarında (ərdibehəşt ayının sonu) girov (zaminet) əsasında azad edilib, lakin təxminən iki həftə sonra yenidən həbs olunub.
Məlumatlı bir mənbə təşkilata bildirib: "Mehdi imkansız ailədən olan bir gəncdir, ailəsinə susmaları üçün hədə-qorxu gəlinib, valideynlərinin isə hətta ağıllı telefonu belə yoxdur."