ArazNews
Ana Səhifə / İran / Pəzəşkian hökuməti İctimai Televiziyaya hücum etdi: Prezidentin danışıqlar icazəsinə dair sözlərinin senzurası milli təhlükəsizliyə təhdiddir
İran

Pəzəşkian hökuməti İctimai Televiziyaya hücum etdi: Prezidentin danışıqlar icazəsinə dair sözlərinin senzurası milli təhlükəsizliyə təhdiddir

Pəzəşkian hökuməti İctimai Televiziyaya hücum etdi: Prezidentin danışıqlar icazəsinə dair sözlərinin senzurası milli təhlükəsizliyə təhdiddir

Dövlətin İnformasiya Şurası cümə günü, avqustun 2-də bəyanatla Sənaye və Mədən Milli Günündə Məsud Pəzəşkianın çıxışının bir hissəsinin senzuraya məruz qalmasına kəskin etirazını bildirib. İctimai Televiziya Pəzəşkianın nitqindən İslam Respublikasının sabiq rəhbəri Əli Xaməneyinin danışıqlarla bağlı verdiyi icazəyə toxunan hissəni yayımdan kənarl etmişdi.

Hökumət əvvəlki halları xatırladaraq — parlament sədrinin yarımçıq yayımlanan müsahibəsi, məhkəmə hakimiyyəti başçısının sözlərinin senzurası və müharibə dövrü xarici işlər nazirinın müsahibələrinin yayımlanmaması — İctimai Televiziyanın fəaliyyətini "seçici və müəyyən bir siyasi axının zövqünə əsaslanan" kimi xarakterizə edib. Bəyanatda qeyd edilib ki, bu davranışlar Seyyid Müctəba Xaməneyinin "söz birliyi"nin zəruriliyi barədə mesajından dərhal sonra baş verib və İctimai Televiziyanın "milli media" kimi ləyaqətini sual altına qoyur.