Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) və polis birgə əməliyyat çərçivəsində beynəlxalq narkotik qaçaqçılığı ittihamı ilə İnterpolun qırmızı bülleteni əsasında axtarışa alınmış İran vətəndaşını Bodrum şəhərində saxladı.
Anadolu Agentliyinə istinadən xəbər verilir ki, «Kəsra Əşrəfi» adlı bu şəxs MİT-in beynəlxalq narkotik qaçaqçılığına dair kəşfiyyat fəaliyyəti zamanı izlənmiş, onun Muğla vilayətinin Bodrum şəhərindəki yaşayış yeri müəyyən edilmişdir. Bunun ardından MİT qüvvələri və polis birgə əməliyyat keçirib.
Onun yaşayış yerində aparılan axtarış zamanı 45 000 avro nağd pul, bir soyuq kripto-valyuta cüzdanı, müəyyən miqdarda qızıl-zərgərlik məmulatı, iki Rolex saatı və altı mobil telefon aşkar edilərək müsadirə olunub.
Həyat yoldaşı «Fatima Zəhri» də həmin əməliyyat çərçivəsində saxlanılıb; araşdırmalar göstərir ki, o, narkotik istehsalı və satışı ilə bağlı ittihamlar səbəbindən Türkiyəyə girişi qadağan edilmiş şəxsdir.
Kəsra Əşrəfi sorğu-sual tamamlandıqdan sonra məhkəmə orqanına təhvil verilib; Türkiyə mediasının məlumatına görə, məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib. Həyat yoldaşının işi isə hələ araşdırılmaqdadır.