ArazNews
Ana Səhifə / Bölgə / Pakistanın İran-ABŞ danışıqlarını bərpa etmək cəhdləri; Mumeni Pakistan ordusu komandanı ilə görüşüb
Bölgə

Pakistanın İran-ABŞ danışıqlarını bərpa etmək cəhdləri; Mumeni Pakistan ordusu komandanı ilə görüşüb

Pakistanın İran-ABŞ danışıqlarını bərpa etmək cəhdləri; Mumeni Pakistan ordusu komandanı ilə görüşüb

Əl-Hədəs şəbəkəsi xəbər verib ki, İslam Respublikasının daxili işlər naziri İskəndər Mumeni İslamabada səfəri çərçivəsində Pakistan ordusu komandanı Asim Münir ilə görüşüb.

Məlumata görə, tərəflər Tehran ilə Vaşinqton arasındakı danışıqların davam etdirilməsinin ön şərtləri barədə məsləhətləşiblər. Pakistan son günlərdə İran ilə ABŞ arasındakı hərbi gərginliyin azaldılması və danışıqların bərpası üçün diplomatik səylərini artırıb.

Assosieytid Press agentliyi də bildirib ki, Mumeninin İslamabada səfəri Pakistan vasitəçilərinin müvəqqəti sazişi dirçəltmək və iki tərəfi yenidən diplomatiya məcrasına qaytarmaq üçün gördüyü işlərin bir hissəsidir. Bununla belə, bu məsləhətləşmələrin qarşılıqlı hücumların davam etdiyi bir dövrlə üst-üstə düşməsi göstərir ki, razılaşmaya nail olmaq hələ ciddi maneələrlə üzləşir.