ArazNews
Ana Səhifə / Əsas Xəbər / ABŞ İranın infrastrukturuna zərbələr endirməyə başladı; cənubun körpüləri və yol şəbəkəsi hədəf alındı
Əsas Xəbər

ABŞ İranın infrastrukturuna zərbələr endirməyə başladı; cənubun körpüləri və yol şəbəkəsi hədəf alındı

ABŞ İranın infrastrukturuna zərbələr endirməyə başladı; cənubun körpüləri və yol şəbəkəsi hədəf alındı

ABŞ İranın infrastrukturuna zərbələr endirməyə başlayıb. Tramp uzun müddətdir cümə günündən etibarən İranın körpülərini və elektrik stansiyalarını hədəf alacağı ilə təhdid edirdi.

ABŞ hazırda İranın cənubundakı yol şəbəkəsini və körpülərini bombardman edir. Analitiklərin fikrincə, Vaşinqtonun məqsədi Şiraz və İsfahan da daxil olmaqla mərkəzi bölgələrin ölkənin cənubu ilə əlaqəsini kəsməkdir.

Analitiklər bu zərbələrin ABŞ-ın İslam Respublikasına qarşı İranın cənubunda həyata keçirəcəyi quru əməliyyatının başlanğıcı ola biləcəyini ehtimal edirlər.