3 nömrəli elan
Dəyərli vətəndaşlarımız!
12 dekabr 2026-cı ildə Niderlandın Haaqa (Lahey) şəhərində keçiriləcək 21 Azər tədbirininçərçivəsində, 21 Azər hadisələri və onun ardınca yaşanan faciələrlə bağlı tarixi sənədlərin, xatirələrin və şahid ifadələrinin toplanması təşəbbüsünə başlanılır.
Bu məqsədlə bütün Güney Azərbaycan Türklərinə, xüsusilə də 21 Azər hadisələri zamanı və sonrasında ailə üzvlərini itirmiş, yaxınları qətlə yetirilmiş, həbs olunmuş, sürgünə göndərilmiş və ya təqiblərə məruz qalmış şəxslərə və onların ailələrinə müraciət edirik.
Həmin dövrə aid şəhid, sürgün, məhbus adları, xatirələri, şahid ifadələri, fotoşəkilləri, məktubları, məqalələri, arxiv materialları və digər tarixi sənədləri olan hər kəsdən bu materialları bizimlə paylaşmalarını xahiş edirik.
Toplanan materiallar 21 Azər Haaqa Tədbirinin Təşəbbüs Qrupu tərəfindən sənədləşdiriləcək, sistemləşdirilərək qeydiyyata alınacaq və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması məqsədilə, material sahiblərinin razılığı nəzərə alınmaqla, uyğun şəkildə istifadə edilərək yayımlanacaqdır.
Materialların göndərilməsi və əlaqə üçün:
Əlaqələr Komitəsi E-poçtu:
21azer.denhaag@gmail.com
21 AZƏR QURBANLARINI UNUTMAYAQ, TARİXİ YADDAŞIMIZI QORUYAQ!
21 Azər Haaqa Tədbirinin Təşəbbüs Qrupu
02-11-2026