ABŞ qüvvələri Amerika şərq vaxtı ilə saat 14:00-da İrana qarşı hücumların yeni dalğasına başladı. Bu vaxt Tehran vaxtı ilə saat 21:30-a uyğundur.
ABŞ Ordusu Mərkəzi Komandanlığı (SENTKOM) bunun İranın mövqelərinə qarşı ardıcıl beşinci gecə aparılan əməliyyat olduğunu bildirib. SENTKOMun açıqlamasına görə, bu hücumların məqsədi İslam Respublikasının hərbi potensialını daha da zəiflətməkdir.