İki yüksək səviyyəli İran mənbəyi və bir regional mənbənin bildirdiyinə görə, bu seçim İslam Respublikasının rəhbərliyi arasında müzakirə edilib və müvafiq mesaj yaxın zamanda Husiləre çatdırılıb. Qrupa yaxın bir mənbə də bildirib ki, raketlər və pilotsuz uçuş aparatları Hudeydə və Ədn körfəzinə nəzarət edən ərazilərdə yerləşdirilib, Husililər isə əməliyyatı başlamaq üçün əmr gözləyir.
Reuters xəbər verib ki, Yəməndə yerləşən İslam İnqilab Keşikçiləri Korpusunun nümayəndələri bu planın həyata keçirilməsinin mümkün vaxtı barədə qərar verəcək. Eyni zamanda Səudiyyə Ərəbistanı da bu təhdidi ciddi qəbul edib, belə ki, ölkə enerji ixracının təxminən 70 faizini Yənbu limanı və Qırmızı dəniz marşrutu ilə həyata keçirir.
Hürmüz boğazının da bağlı olduğu şəraitdə Bab əl-Məndəbin bağlanması Yaxın Şərqin iki əsas enerji ixrac yolunu eyni anda iflic edəcək və qlobal neft böhranını ilə dəniz nəqliyyatını görünməmiş bir şəkildə dərinləşdirə bilər.